“Türkiyə “Azərsky” peykindən istifadə edə bilər”

Economics. "Azərbaycanla Türkiyə arasında peyk sahəsində istənilən formada əməkdaşlıq mümkündür".

"APA-Economics"in xəbərinə görə, bu haqda rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

O, bildirib ki, Azərbaycanın ikinci yüksək ayrıdetməli Yer səthinin müşahidə peyki "Azersky" müxtəlif imkanlara malikdir: "Bu peyk təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün böyük imkanlar yaradır. Düzdür, Türkiyənin də peykləri var, amma onlar daha çox telekommunikasiya peykləridir. Odur ki, bizim peykin xidmətlərindən istifadə edə bilərlər".