Təhsil naziri Kəmaləddin Heydərovdan kömək istədi

311 saylı məktəbdə fövqəladə vəziyyət



Bakının Sabunçu rayonunda yerləşən 311 saylı orta məktəb fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Bu barədə məlumatı AzNews.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızı verib.

Sektor müdiri bildirib ki, məktəbin fəaliyyətini dayandırmasına səbəb ərazidə yaranmış vəziyyətlə ("vəziyyətin" konkret nə olması mətbuata açıqlanmır -red.) əlaqədar təhsil naziri Misir Mərdanovun Fövqəladə Hallar Nazirliyinə müraciət etməsi olub: "Məktəbdə yaranmış vəziyyətlə əlaqədar tədris prosesi müvəqqəti olaraq dayandırılıb. Şagirdlər 259, 170 saylı məktəblərdə və 17 saylı peşə məktəbində təhsillərini davam etdirirlər".

Məlumat üçün bildirək ki, həmin məktəbdə analoji hal bu ilin fevral ayında da baş vermişdi.

Elnarə Əlosmanqızı
AzNews.az