Həcc ziyarətinin tarixi açıqlandı

Azərbaycan zəvvarları bu il müqəddəs Həcc ziyarətinə oktyabrın 12-dən etibarən yola düşməyə başlayacaqlar. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən verilən məlumata görə, zəvvarlar Bakı-Ciddə marşrutu üzrə 12-18 oktyabr tarixlərində 12 reyslə müqəddəs məkanlara yola salınacaq.

Müvafiq olaraq 12 oktyabrda bir, 13 oktyabrda bir, 14 oktyabrda bir, 15 oktyabrda üç, 16 oktyabrda üç, 17 oktyabrda iki, 18 oktyabrda isə bir təyyarə Səudiyyə Ərəbistanına istiqamət götürəcək. Həcc ziyarətini başa vurduqdan sonra zəvvarların 5-12 noyabr tarixlərində Mədinə-Bakı marşrutu üzrə Azərbaycana qayıtmaları nəzərdə tutulur.

Müvafiq olaraq, 5 noyabrda iki, 6 noyabrda iki, 7 noyabrda iki, 8 noyabrda iki, 9 noyabrda bir, 10 noyabrda bir, 11 noyabrda bir, 12 noyabrda bir təyyarə zəvvarları Vətənə qaytaracaq.

Sevinc Fədai
AzNews.az