“Azərbaycanla İran arasında heç bir problem yoxdur”

"İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycana səfəri həm ikitərəfli, həm də regional əlaqələr baxımdan konstruktiv keçdi". APA-nın "Fars" xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib.

Onun sözlərinə görə, Azərbaycanla İran arasında həll edilməyəcək heç bir problem yoxdur: "Təbii ki, bəzi ölkələr bu əlaqələrdən məmnun deyil. Ona görə də iki ölkə arasındakı yaxşı münasibətləri pozmağa çalışırlar. Ancaq İran və Azərbaycan rəsmiləri bu cür təxribatların qarşısını alırlar".

AzNews.az