Azərbaycan ideal dövlət deyil, yanlışımız ola bilər və var. Ancaq Azərbaycanın ortaya qoyduğu iradəyə və yürütdüyü müstəqil siyasətə bu cür saxta faktlarla, bəhanələrlə təsir etmək cəhdi Azərbaycan-Avropa əməkdaşlığına yardım etməkdənsə, onun qarşısını alır, insanların təsəvvüründə Avropa dəyərlərinə münasibəti mənfi mənada dəyişir. Azərbaycan ideal dövlət deyil, yanlışımız ola bilər və var. Ancaq Azərbaycanın ortaya qoyduğu iradəyə və yürütdüyü müstəqil siyasətə bu cür saxta faktlarla, bəhanələrlə təsir etmək cəhdi Azərbaycan-Avropa əməkdaşlığına yardım etməkdənsə, onun qarşısını alır, insanların təsəvvüründə Avropa dəyərlərinə münasibəti mənfi mənada dəyişir.

“Bu, hakimiyyətin tənqidi deyil, xalqın təhqiridir” - Sabir Rüstəmxanlı

Azərbaycan ideal dövlət deyil, yanlışımız ola bilər və var. Ancaq Azərbaycanın ortaya qoyduğu iradəyə və yürütdüyü müstəqil siyasətə bu cür saxta faktlarla, bəhanələrlə təsir etmək cəhdi Azərbaycan-Avropa əməkdaşlığına yardım etməkdənsə, onun qarşısını alır, insanların təsəvvüründə Avropa dəyərlərinə münasibəti mənfi mənada dəyişir.


AzNews.az xəbər verir ki, bu sözləri Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni şərh edən millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı deyib. Qətnamə ilə qismən tanış olduğunu bildirən millət vəkili orada xüsusilə bir neçə məqama diqqət çəkməyi vacib hesab edib:

"Aqressiv siyasəti ilə seçildiyi, Suriyada öz ordusu ilə Bəşər Əsədə dəstək verdiyi, terrorçu qurumlara bu və ya digər formada qəyyumluq etdiyi və bir çox beynəlxalq normaları pozduğu iddiasını ünvanladıqları İrana qarşı sanksiyalar aradan qaldırılır, ikitərəfli münasibətlərin bərpası üçün tələm-tələsik addımlar atılır, ancaq Azərbaycana qarşı fərdi viza qadağası tətbiq etmək təklifi səsləndirilir. Bu, sözün əsil mənasında Avropanın Azərbaycana anormal yanaşmasının bariz nümunəsidir. İndiyə qədər Avropa Parlamenti 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları ilə bağlı heç bir addım atmayıb, Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun erməni işğalı altında olmasını xüsusi qabarıqlığı ilə bildirilməyib; Bunu müəyyən məqamlarda qətnamələrində əks etdirsələr də, Azərbaycana qarşı törədilmiş işğalın baiskarlarına qarşı viza sanksiyasının nəzərdə tutulmasını bircə dəfə də olsun dilə gətirməyib. Yəni işğalçı, terror, qətliamlar törədən, Xocalı faciəsinə rəvac verdiyini "azərbaycanlılar bilməli idilər ki, biz zarafat etmirik" kimi sözlərlə etiraf edən bir ölkə liderinə, rəsmisinə, hər gün tənqid etdikləri Rusiyanın vassalına çevrilmiş ölkənin hakimiyyətinə hər hansı qadağa qoyulmur, ancaq əvəzində Avropanın enerji təklükəsizliyində xüsusi rol oynayan, yalnız milli maraqları çərçivəsində müstəqil siyasət yürüdən Azərbayacan barədə belə bir qətnamə qəbul edilir? Bu, irqçilik, ayrı-seçkilik, rasizm və ikili siyasətdən başqa bir şey deyil".

Millət vəkili bir müddət öncə dünyasını dəyişmiş mərhum operator Rasim Əliyevlə bağlı məlum məsələnin qətnaməyə salınaraq Azərbaycanın siyasi hakimiyyətinə qarşı təzyiq vasitəsinı çevrilməsindən də danışıb:

"Mərhum jurnalist Rasim Əliyevin Azərbaycan hakimiyyətinə qarşı kəskin mövqeli yazılarına görə təqib olunması və bunun nəticəsində dünyasını dəyişməsini bildirmək o qədər absurddur ki, bunu hətta müzakirə etmək də olmur. Nəinki Azərbaycan, bütün dünyaya bəllidir ki, əvvəla Rasim Əliyev jurnalist yox, operator kimi fəaliyyət göstərib. İkincisi, o, heç vaxt siyasi hakimiyyətə qarşı kəskin yazıları ilə fərqlənməyib. Üçüncüsü, bu ölüm faktı sırf məişət zəminində baş vermiş kriminal hadisədir və istintaqı da Prezident İlham Əliyevin nəzarətindədir, hazırda bu ölüm hadisəsinə görə 6 nəfər həbsdədir. Bu olayı siyasi müstəviyə çıxardıb, bunu Rasim Əliyevin jurnalist fəaliyyətinə bağlamaq özünü ifşa etməyin, saxtakarlığın təzahürüdür. Mən Avroparlamentin faktı öz məqsədi naminə bu qədər eybəcər şəkildə saxtalaşdıracağını, doğrusu, təsəvvür etməzdim. Azərbaycan ideal dövlət deyil, yanlışımız ola bilər və var. Ancaq Azərbaycanın ortaya qoyduğu iradəyə və yürütdüyü müstəqil siyasətə bu cür saxta faktlarla, bəhanələrlə təsir etmək cəhdi Azərbaycan-Avropa əməkdaşlığına yardım etməkdənsə, onun qarşısını alır, insanların təsəvvüründə Avropa dəyərlərinə münasibəti mənfi mənada dəyişir".

Sabir Rüstəmxanlı qeyd edib ki, qətnamədə Azərbaycan hakimiyyətindəki rəsmilərin LGBT-yə loyal olmamaları barədə məqam isə artıq xalqın heysiyyatına, milli kimliyinə, dəyərlərinə toxunmaqdır:

"Avropa dərk etməlidir ki, xalqımızın min illərdən bəri gələn adət-ənənəsinə qarşı çıxaraq Azərbaycanda kişiləri kişilərlə, qadınları qadınlarla evləndirə bilməz. Azərbaycanda demokratiyanın, insan haqlarının inkişafı hər birimizin istəyidir və buna da çalışırıq. Ancaq Avropa insan haqları adı altında bəşəriyyəti faciələrə və uzaq məqsədlərə aparıb çıxaran əxlaqsız təkliflərini Azərbaycana qəbul etdirə bilməz. Bu ölkə, bu xalq homoseksuala loyal münasibət bəsləyən adi bir vətəndaşı qəbul etmədiyi halda, siyasi hakimiyyətdən LGBT-yə dəstək göstərməsini istəməyin məntiqi varmı? Əksinə, hakimiyyətdə kimlərsə homoseksuallara loyal münasibət sərgiləyərsə, bu xalq həmin şəxsin siyasi və ictimai karyerasına son verər. Bilərəkdən, ya bilməyərəkdən bu faktı Azərbaycan hakimiyyətinə irad kimi ifadə etmək artıq xalqımızı aşağılamaq, onun heysiyyatına toxunmaq, genefondunu məhv etməyə çalışmaq deməkdir".

Millət vəkilinin sözlərinə görə, insan hüquqları bir xalqın əxlaqsızlıq kimi qəbul etdiyi eybəcərliklərin zorən sırınması anlamına gələ bilməz:

"Azərbaycan hakimiyyətindən və xalqından eynicinsliləri himayə tələbi kimi əxlaqsız, xalqımızın ruhuna zidd, təfəkkürünün qəbul etmədiyi çirkin istəyi dilə gətirməklə Avroparlament xalqımızın nifrətini qazanmaq istəyirdisə, əmin olsunlar, bu yöndə "uğur" qazandılar.

Qərəzi də anlayıram, hər hansı xırda faktın şişirdilməsini də - ölkələr və yaxud beynəlxalq qurumlar bəzən hansısa xırda faktdan sui-istifadə edirlər. Amma olmayan bir məsələdən yapışmaq və yaxud xalqın heysiyyəti ilə oynamaq, ölkəni təhqir etmək, bu, son həddir".

S.Rüstəmxanlının sözlərinə görə, Avropanın bununla nəyə nail olmaq istədiyi qaranlıqdır:

"Azərbaycan müstəqil, balanslaşdırılmış, Qərbyönülmül siyasət yürüdür. Ancaq Avropa Parlamenti bu cür qərəzli siyasi gedişləri ilə sanki Azərbaycanı özündən uzaqlaşdırmağa çalışır. Avropanın əsil niyyəti nədən ibarətdir? Nəyə nail olmaq istəyirlər? Bu cür heç bir əndazəyə, siyasi əxlaqa, diplomatiyaya sığmayan qarayaxma-təzyiqlərlə Azərbaycanın aqressor kimi tanıdıqları və sanksiya tətbiq etdikləri Rusiyanınmı, yoxsa terrora dəstək verdiyini dəfələrlə vurğuladıqları İranınmı yanında olmasına çalışırlar? Niyə Azərbaycanla müharibə vəziyyətində olan Ermənistanda parlament səviyyəsinə qalxan terror, insan haqlarının pozulması, son mitinqlərdə yüzlərlə adamın xəsarət alması Avropanı narahat etmir, ancaq Azərbaycanda bəhanələr axtarılır?"

Qeyd edək ki, ötən gün Avropa Parlamentində Azərbaycandakı vəziyyətlə bağlı müzakirələr aparılıb və qətnamə qəbul edilib. Qətnaməni Avropa Parlamentində səsverməyə qatılan 365 nəfər deputatdan 202-si dəstəkləyib. Qətnamədəki bəzi müddəalar isə Azərbaycan ziyalılarının, ictimaiyyət nümayəndələrinin kəskin etirazına səbəb olub.