Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının inzibati binasının açılışında iştirak edib. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.

YAP-ın Kürdəmirdəki inzibati binası istifadəyə verildi

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.


AzNews.az xəbər verir ki, tikintisinə 2014-cü ilin noyabr ayında başlanılan bina zəruri infrastruktur, inventar və avadanlıqla təchiz edilib. Sahəsi 630 kvadratmetrdir.

Binada xidməti otaqlarla yanaşı, akt zalı da yerləşir.

Yeni binanın ətrafı abadlaşdırılıb, geniş yaşıllıq zolağı salınıb.

Məlumat üçün bildirək ki, partiyanın Kürdəmir rayon təşkilatının 8350 üzvü var ki, onlardan da 3685-i gənc, 3002-i isə qadındır.