Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülən Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin imza vərəqələrini 15 saylı Yasamal birinci seçki dairəsində qəbul etməyiblər. Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülən Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin imza vərəqələrini 15 saylı Yasamal birinci seçki dairəsində qəbul etməyiblər.

İsa Qəmbərin imza vərəqələri qəbul edilmədi

Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülən Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin imza vərəqələrini 15 saylı Yasamal birinci seçki dairəsində qəbul etməyiblər.

AzNews.az partiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Sərəncam İbrahimlinin verdiyi məlumata görə, sənədlərin doğruluğu yoxlanılıb arayış hazırlandıqdan sonra DSK sədri deyib ki, "Mərkəzi Seçki Komissiyasında fəaliyyət göstərən dövlət avtomatlaşdırılmış informasiya sistemi dairə seçki komissiyasından ötürülən məlumatları qəbul etmək imkanında olmadığına görə biz sənədləri bu gün qəbul edə bilmirik".

Beləliklə, Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülən İsa Qəmbərin imza vərəqələri və digər sənədlər dairə seçki komissiyası tərəfindən qəbul olunmayıb.

Halbuki Seçki Məcəlləsinə əsasən seçki kampaniyası dövründə dairə seçki komissiyaları və Mərkəzi Seçki Komissiyasının bütün strukturları hər gün bütün iş saatlarında işlək vəziyyətdə olmalıdır. Hər hansı bir strukturun işlək vəziyyətdə olmaması namizədlərin hüququnun pozulmasına səbəb olmamalıdır.