Zərdüşt Əlizadə: “Bu bir siyasi hazırlıq öhdəlik yox, sırf hərbi hazırlıq məsələsidir” Zərdüşt Əlizadə: “Bu bir siyasi hazırlıq öhdəlik yox, sırf hərbi hazırlıq məsələsidir”

Azərbaycan Rusiyanın istədiyinə “hə” deyir?

Zərdüşt Əlizadə: “Bu bir siyasi hazırlıq öhdəlik yox, sırf hərbi hazırlıq məsələsidir”



Azərbaycan və Ermənistanın da iştirakı ilə Tulada MDB-yə üzv olan səkkiz ölkənin görüşü baş tutub. Həmin toplantıda quruma üzv dövlətlərin ordusunda döyüş hazırlığı üzrə texniki təminatın perspektivləri, vəziyyəti müzakirə olunub. Görüşün sonu olaraq Döyüş Hazırlığı Mərkəzinin yaradıldığı bəyan edilib.

Bununla bağlı AzNews.az-a politoloq Zərdüşt Əlizadə bildirib ki, Azərbaycanın hansısa döyüş hazırlığı proqramında iştirak etməsində qəribəlik axtarmaq düzgün deyil. Onun sözlərinə görə Azərbaycan NATO ilə də döyüş hazırlığının yüksəldilməsi proqramında da iştirak etdiyi üçün bu tipli müzakirələri təhlükəli saymaq olmaz: "Biz Rusiyanın silahı ilə silahlanmışıq, ordumuzun nəzərə çarpan zabit heyətinin böyük hissəsi rus hərbi sistemində hərbi hazırlıq keçib ona görə də burda heç bir qəribəlik görmürəm. Burda heç bir siyasi hazırlıq öhdəlik yoxdur, bu, sırf hərbi hazırlıq məsələsidir".

Z.Əlizadənin fikrincə, siyasi qərarla texniki əməkdaşlıq istənilən halda qarışdırılmamalıdır: "Siyasi qərar, Strateji istiqamət texniki əməkdaşlıq ayrı-ayrı məsəslələrdir. Azərbaycan isə nə "Avroasiya İttifaqı"na, nə "Gömrük İttifaqı"na, nə də "Kollektiv Müqavilə Təşkilatı"na daxil olmaq fikrindədəir".

Gültəkin Qəhrəmanlı
AzNews.az