Dövlət başçısı, həmçinin Zakir Arif oğlu Həşimovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Rəşad Eynəddin oğlu Məmmədovun isə Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu geri çağırılması haqqında sərəncamlar imzalayıb. Dövlət başçısı, həmçinin Zakir Arif oğlu Həşimovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Rəşad Eynəddin oğlu Məmmədovun isə Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu geri çağırılması haqqında sərəncamlar imzalayıb.

Azərbaycanın bir sıra səfirləri geri çağırıldı - Yeniləndi

Dövlət başçısı, həmçinin Zakir Arif oğlu Həşimovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Rəşad Eynəddin oğlu Məmmədovun isə Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu geri çağırılması haqqında sərəncamlar imzalayıb.


***
19:26

Prezidentin digər sərəncamı ilə Azərbaycanın Estoniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri də vəzifəsindən geri çağırılıb:

"Tofiq Nadir oğlu Zülfüqarov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın".

İlham Əliyevin daha bir sərəncamıı ilə Azərbaycanın Türkmənistanda və eyni zamanda Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb:

"Vəhdət Məmmədağa oğlu Sultan-zadə Azərbaycan Respublikasının Türkmənistanda və eyni zamanda Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın".

***
19:15

Dövlət başçısının sərəncamı ilə Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyev, həmçinin Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan Respublikasının Argentina Respublikasında və eyni zamanda Paraqvay Respublikasında, Boliviya Çoxmillətli Dövlətində, Çili Respublikasında, Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Elxan Cahangir oğlu Qəhrəmanov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.