O, Quba məzarlığına erməni alimlərin buraxılmasını istəyir O, Quba məzarlığına erməni alimlərin buraxılmasını istəyir

Erməni alim Mahmud Kərimova məktub yazdı

O, Quba məzarlığına erməni alimlərin buraxılmasını istəyir



Ermənistan Siyasi Elmlər Assosiasiyasının prezidenti, siyasi elmlər doktoru Qayk Kotacyan Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinə müraciət edib. Müraciət Qubada tapılan soyqırım məzarlığı ilə bağlıdır.
AzNews.az Ermənistanın Panarmenian.net saytına istinadən xəbər verir ki,
müraciətdə Qubada tapılan soyqırım məzarlığında xatirə kompleksinin tikilməsi ilə bağlı mətbuatda dərc olunan xəbərlərə münasibət açıqlanıb.

Erməni doktor xatirə kompleksinin yaradılmasını "siyasi manipulyasiya" adlandıraraq Azərbaycan Prezidentinin məzarlığı ziyarət etməsindən, xarici qonaqların səfərlərinin protokol qaydalarına aid ediləcəyindən narahatlığını ifadə edib.

Kotacyan Quba məzarlığında aparılan qazıntı işlərinin nəticələrini şübhə altına almağa çalışaraq bundan əvvəl M.Kərimova müraciət edən professor Levon Yepiskopyanın fikirlərini bölüşdüyünü bildirib.

Qeyd edək ki, Yepiskopyan bu ilin yanvarında AMEA-nın prezidenti Mahmud Kərimova müraciət edərək erməni mütəxəssislərinin, antropoloq və genetiklərin Quba məzarlığına buraxılmasını və birgə elmi tədqiqatın aparılmasını istəmışdi.

Elnarə Əlosmanqızı
AzNews.az