- Köhnə - Siyasət
- 13 Yanvar 2016 17:50
- 7 887
Prezidentdən Zakir Qaralovla bağlı - Sərəncam
Prezident İlham Əliyev Zakir Qaralovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzNews.az xəbər verir ki, sərəncamda deyilir:"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Zakir Bəkir oğlu Qaralov "Şöhrət" ordeni ilə təltif edilsin".