Baş-qulağınızın dinc və sağlam olmasını istəyirsinizsə, qadınlardan diqqət və sevginizi əsirgəməyin Baş-qulağınızın dinc və sağlam olmasını istəyirsinizsə, qadınlardan diqqət və sevginizi əsirgəməyin
  • Toplum
  • 16 Noyabr 2018 16:32
  •  4 022

Deyingən qadınlar cəzalana bilər - VİDEO

Baş-qulağınızın dinc və sağlam olmasını istəyirsinizsə, qadınlardan diqqət və sevginizi əsirgəməyin

Əslində bu, təbiətin qanunudur, qadınlar kişilərdən çox danışırlar. Əl-qol hərəkətləri daxil hər bir qadın gün ərzində 21 min ünsiyyət vasitəsindən istifadə edir. Bu da nə az, nə çox kişilərdən 3 dəfə daha artıq danışmaq deməkdir.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: “Hər halda qadını deyindirmək lazım deyil”.

Sakin: “Yəqin bir əsası var ki, deyinir, öz-özünə deyinə bilməz ki...”.

Aida Nəbiyeva - psixoloq: “Deyinmək qadına nəyə kömək edir? Qadın uşağı incitməsin, qadın uşağına əl qaldırmasın, qadın ailəsinə ziyan vurmasın deyə, yaşadığı problem onun sağlamlığına ciddi problem yaratmasın deyə bunu bir növ müdafiə mexanizmi kimi istifadə edir. Deyinən qadını az da olsa başa düşmək olur, deyinən kişini əsla başa düşmək olmur”.

Tağı Hüseynov – hüquqşünas: “Döyməsələr də, söyməsələr də kişini o deyingənlik inanın mənə ki, insanın ruh halını çox pis vəziyyətə gətirir. Kişi məişət zorakılığına məruz qalır qadın tərəfindən, amma bu yazıq kişilər gedib şikayət etmirlər. Özlərinə sığışdırmırlar ki, mən necə gedim şikayət edim ki, həyat yoldaşım mənə imkan vermir yaşamağa, bütün günü deyinir”.

Bəs hansısa kişi tənbəllik etməyib şikayət edərsə onda qadının deyinməsinə necə mane olurlar?

Tağı Hüseynov – hüquqşünas: “ Sırf məişət zorakılığı ilə bağlıdır bu. İcra hakimiyyətinin mühafizə orderi verilir. Bunu demək də gülüncdür, kişiyə mühafizə orderi verilir ki, arvad filan metrdən sənə yaxın gələ bilməz, gecə harda istəyirsən qal, qadın maraqlana bilməz ki, daha doğrusu ixtiyarı yoxdur səni zorla evə gətirsin”.

Psixoloqlar belə hesab edirlər ki, qayğı və diqqət göstərildiyi müddətcə qadınlar deyinməz və eyni diqqəti əks cinsə göstərərlər.

Aida Nəbiyeva - psixoloq: “Deyinmənin qarşısını almaq üçün hər zaman deyirəm, qayğı ver, deyinmək azalacaq, diqqət göstər, xoş söz de, əzizlə, deyinmək azalacaq. Əgər azalmırsa, o zaman həmin xanımı müəyyən psixoloji seanslaramı, müəyyən bir müalicəyəmi yönəlmək lazımdır”.

Baş-qulağınızın dinc və sağlam olmasını istəyirsinizsə, qadınlardan diqqət və sevginizi əsirgəməyin. Belə olan halda onları xoşbəxt edərsiz. Unutmayın ki, qadın xoşbəxtdirsə o həyat yoldaşını xoşbəxt etmək üçün əlindən gələni edər.

AzNews.az