Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın zamanı xəsarət alan olmayıb.
  • Toplum
  • 3 Yanvar 2019 09:40
  •  2 376

Bakıda yanğın - Sakinlər binadan çıxarıldı

Yanğın zamanı xəsarət alan olmayıb.

Bakı şəhərində yanğın hadisəsi qeydə alınıb.

AzNews.az xəbər verir ki, Xətai rayonunda Nobel prospekti 86 ünvanında məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın (taxta konstruksiyalardan ibarət) bir hissəsinin dam örtüyü yanıb.

Yanğın saat 01:53-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən məhdudlaşdırılıb. Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub.

İlkin məlumata əsasən, yanğın zamanı xəsarət alan olmayıb.

AzNews.az