Qəzada xəsarətlər alanlar olub. Qəzada xəsarətlər alanlar olub.
  • Toplum
  • 8 Aprel 2019 14:16
  •  2 432

Bakıda avtobus minik maşını ilə toqquşdu - VİDEO

Qəzada xəsarətlər alanlar olub.

Bakıda avtobus minik avtomobili ilə toqquşub.

Hadisə aprel ayının 6-sı gecə saatlarında Şüvəlan qəsəbəsində baş verib.

136 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu "Hyundai" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə hər iki nəqliyyat vasitəsi bağ evlərinin hasarlarına çırpılıb. Qəzada xəsarətlər alanlar olub.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası qəzada xəsarət alanları 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.

Qəzanın səbəbləri araşdırılır.(trend.az)

AzNews.az