Uşağın bədənində göyərmələr aşkar edilib Uşağın bədənində göyərmələr aşkar edilib
  • Toplum
  • 16 Aprel 2019 09:40
  •  1 750

9 yaşlı uşaq atası tərəfindən zorakılığa məruz qaldı - Bakıda

Uşağın bədənində göyərmələr aşkar edilib

Bakıda 9 yaşlı uşaq atası tərəfindən zorakılığa məruz qalıb.

Bu barədə AzNews.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

O, qeyd edib ki, sözü gedən uşaq Bakının 158 nömrəli tam orta məktəbinin 3-cu sinifində oxuyur:

“Şagird aprelin 15-də məktəbdə müəllimə müraciət edərək ayaqlarında ağrl hiss etdiyini deyib. Müəllimlər tərəfindən şagirdin bədəninə baxış keçirilib. Bu zaman uşağın hər iki ayağının yuxarı nahiyəsində çoxsaylı göyərmələr olduğu müəyyən edilib. Uşaqla söhbət apararkən o, evdə atası tərəfindən döyüldüyünü deyib. Məktəb rəhbərliyi dərhal hüquq-mühafizə orqanlarına məlumat verib. Uşaq xəstəxanaya aparılaraq müayinə edilib və ayağına gips qoyulub. Hazırda həyatı təhlükəsi olmayan şagird anası ilə birlikdə sığınacağa yerləşdirilib”.

Kəmalə Ağazadə qeyd edib ki, uşağın susması evdə atasının anasına qarşı olan şiddətindən irəli gəlir.

Bahar RÜSTƏMLİ

AzNews.az