“Standard Insurance” 2002-ci ildə yaradılıb “Standard Insurance” 2002-ci ildə yaradılıb
  • Toplum
  • 22 Aprel 2019 17:14
  •  2 316

“Standard Insurance” Sığorta Şirkətinin rəhbərliyi dəyişdi

“Standard Insurance” 2002-ci ildə yaradılıb

“Standard Insurance” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının (DŞ) sədri dəyişib.

İndiyə qədər bu vəzifəni icra edən Rəhman Əliağa oğlu Babayevi Nijad Məhərrəm oğlu Məmmədov əvəz edib.

Yeni sədr həm də “Standard Insurance”lə birlikdə “AB Standard” QSC-yə daxil olan “Standard Lizinq” MMC-nin direktorudur.

Bundan başqa, DŞ-nın üzvləri olan Oruc Heydər oğlu Heydərov və Emin Heydər oğlu Babayev vəzifələrini tərk ediblər. Onların yerinə hələ ki, təyinat olmayıb.

Budnan başqa, “Standard Insurance”in İdarə Heyətində və Təftiş Komissisında müvəqqəti təmsil olunan Rövşən Şakir oğlu Bayramov da işdən çıxıb.

Xatırladaq ki, “Standard Insurance” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Şirkətin səhmləri 100% "AB Standard"a məxsusdur.(report.az)

AzNews.az