• Toplum
  • 30 Aprel 2019 12:09
  •  419

Üzünü it parçalayan Hüseyn evə buraxıldı

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib

Aprelin 16-da Sulutəpədə üzünü it parçalayan 2015-ci il təvəllüdlü Hüseyn Məmişov artıq evə buraxılıb.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

“Uşağın vəziyyəti yaxşıdır və artıq evə buraxılıb. Təyin olunan vaxtlarda o, xəstəxanaya gələcək və peyvənd vurulacaq”, - deyə nazirlikdən qeyd edilib.

Qeyd edək ki, azyaşlı qonşunun uşağı ilə oynayan zaman sahibsiz it qəfil uşağa hücum edib və onun üzünü parçalayıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

İt quduz olduğu üçün uşağın üzünü parçaladıqdan üç gün sonra ölüb.(oxu.az)

AzNews.az