"ADNSU-nu bitirmək bura daxil olmaqdan heç də asan deyil" "ADNSU-nu bitirmək bura daxil olmaqdan heç də asan deyil"
  • Toplum
  • 3 İyul 2019 13:57
  •  2 667

Bu il ADNSU-nu bitirən 410 məzun diplom ala bilməyib

"ADNSU-nu bitirmək bura daxil olmaqdan heç də asan deyil"

"Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu il 2826 məzun ali təhsil diplomu almalı idi, ancaq onlardan 2416 nəfəri buna nail ola bilib".

Bunu universitetin rektoru Mustafa Babanlı ötən illərin məzunları ilə keçirilən görüşdə deyib.

O bildirib ki, təhsil alan tələbələr qazandıqları bilik və təcrübə sayəsində mütəxəssis kimi formalaşırlar: “Ona görə də bu gün ADNSU-nu bitirmək bura daxil olmaqdan heç də asan deyil. Ali təhsil ocağının adını hər zaman uca tutduqlarına görə ötən illərin məzunlarına minnətdarlığımı bildirirəm. Son 4 ildə universitetdə elmi sahədə əldə olunan yeniliklər, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, beynəlxalq əlaqələr, dövlət və özəl müəssisələri ilə əməkdaşlıq bundan sonra daha geniş platformada davam etdiriləcək".(report.az)

AzNews.az