Gəncə sakininin yaralanması ilə bağlı hadisənin təfərrüatı məlum olub Gəncə sakininin yaralanması ilə bağlı hadisənin təfərrüatı məlum olub
  • Toplum
  • 3 İyul 2019 19:36
  •  1 483

Gəncədə polis ehtiyatsızlıqdan güllə yarası alıb

Gəncə sakininin yaralanması ilə bağlı hadisənin təfərrüatı məlum olub

Güllə yarası almış şəxsin Gəncə Şəhər Baş Polis idarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin inspektoru, polis baş leytenantı, 36 yaşlı Vüqar Hüseynov olması müəyyənləşib.

Bildirilir ki, polis əməkdaşı odlu silahla ehtiyatsız davranıb, bu zaman qarın boşluğundan güllə yarası alıb. Xəstəxanaya yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanıb. (APA)