Avtomobillərə ciddi ziyan dəyib Avtomobillərə ciddi ziyan dəyib
  • Toplum
  • 23 İyul 2019 00:37
  •  2 453

Ziya Bünyadov prospektində zəncirvari qəza - yolda güclü tıxac yarandı

Avtomobillərə ciddi ziyan dəyib

Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində İbakov Maqamed Sultan oğlunun idarə etdiyi "DAF" markalı ağır tonajlı yük maşını, Fəxrəddin Əliyevin idarə etdiyi "VAZ 2107" markalı minik maşını, "Hyundai" və "Opel" markalı minik maşınlarının toqquşması nəticəsində zəncirvari qəza qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Qəzadan sonra yolda tıxac yaranıb. DYP əməkdaşları tıxacın qarşısının alınması istiqamətində tədbirlər görürlər.

Hadisənin təfərrüatı araşdırılır. (APA)