• Toplum
  • 22 Avqust 2019 19:44
  •  4 445

Quba və Qusar rayon sakinlərinin nəzərinə

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il avqustun 30-da saat 10:00-da Quba rayon prokurorluğunun inzibati binasında Quba və Qusar rayon sakinlərinin qəbulunu keçirəcək

Baş Prokurorluğun Mətbuat xidmətindən Aznews.az-a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Quba rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.