- Toplum
- 25 Noyabr 2019 10:37
- 4 895
Estetik əməliyyat etdirdi, tanınmaz hala düşdü...

Üzündəki iltihabların təmizlənməsi üçün 3 dəfə əməliyyat olunub
Daha güzəl görünmək üçün estetik əməliyyat etdirən Beyhan T. tanınmaz hala düşüb. Sağlamlığı pozulan, depressiyaya düşən qadın əməliyyatı edən həkimdən 550 min lirə təzminat istəyib.
AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, Almaniyada yaşayan Beyhan T. estetik əməliyyat üçün İstanbulda bir klinikaya üz tutub. O, burada qarın gərmə, yağ aldırma, sinə və burun estetikası ilə bərabər üzünə dolğu etdirmək istədiyini bildirib.
Həkim bütün məsuliyyəti öz üzərinə götürəcəyini deyib. T. Ş. adlı həmin həkim 17 sentyabr 2018-ci ildə əməliyyat üçün “R. Estetik və Plastik Cərrahiyyə Klinikası”na gələn Beyhan T.yə dodaq dolğusu da edə biləcəyini deyib.
Təklifi qəbul edən Beyhan T. 6 min 500 avro ödəyib. Beyhan T.nin şikayətləri 27 sentyabrda Almaniyaya döndükdən sonra başlayıb. Dodağı və üzü şişən Beyhan T.yə Almanyadakı həkimi bütün bunların əməliyyatdan qaynaqlandığını bildirib.
T. Ş. isə İstanbula gəlməsini təklif edib. Xəstəxanaya yerləşdirilən Beyhan T.yə kortizon həblərı verilib.
Yenidən Almaniyaya dönən və verilən həblərdən sonra qadının durumu daha da pisləşib. T. Ş. əməliyyatda bir problem olmadığını, vücudun allergik reaksiya vermiş ola biləcəyini söyləyib. Almaniyada aparılan testlərdə isə allergiyanın olmadığı məlum olub. Beyhan T. bu dəfə Almaniyada bir xəstəxanaya gedib. Beyhan T.nin infeksiyaya tutulduğu müəyyən edilib.
Üzündəki iltihabların təmizlənməsi üçün 3 dəfə əməliyyat olunub. Üzündə qalıcı izlər olan Beyhan T. işdən çıxmaq məcburiyyətində qalıb.
Beyhan T. 2 ay psixoloji müalicə alıb. Onun adından T. Ş.yə qarşı İstanbulda təzminat iddiası qaldırılıb. 50 min lirə maddi, 500 min lirə mənəvi təzminat tələb edilib. Həmçinin T. Ş.yə “yaralama” iddiası ilə məhkəmə qərarı da verilib.
Həkim T. Ş. isə məsələ ilə bağlı belə açıqlama verib:
“Məhkəmə davam etdiyi üçün danışmaq istəmirəm. Ancaq Beyhan xanıma kömək etmək üçün əlimdən gələni etdim. Buna səbəb nəyin olduğunu bilmirəm. Digər həkimlərdən də səbəbini soruşdum. Ancaq onlar da səbəbini anlamadılar”.
Səidə Vahid
AzNews.az
