Yataqxana Zahid Xəlilov küçəsi 23 ünvanında yerləşir Yataqxana Zahid Xəlilov küçəsi 23 ünvanında yerləşir
  • Toplum
  • 6 Dekabr 2019 17:25
  •  2 744

BDU-nun yeni yataqxanasının fotosu yayıldı

Yataqxana Zahid Xəlilov küçəsi 23 ünvanında yerləşir

Bakı Dövlət Universitetinin yeni tələbə yataqxanasının fotosu yayılıb.

Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat paylaşıb. O bildirib ki, son tamamlama işlərindən sonra yeni əzəmətli yataqxana tələbələrin ixtiyarına veriləcək.

K.Əsədov Yasamal rayonu Zahid Xəlilov küçəsi 23 ünvanında yerləşən yeni yataqxananın adının “Tələbə evi” olduğunu söyləyib.

Qeyd edək ki, noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında 3 tələbə qız zəhərlənmiş, onlardan biri dünyasını dəyişmişdi. Bundan sonra Universitetin yataqxanasının baxımsız vəziyyətdə olması uzun müddət müzakirə edilmişdi.

Hazırda BDU yataqxanalarının təmir və ya yenidən tikilməsi prosesi gedir.

image description image description