“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən məlumat verilib “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən məlumat verilib
  • Toplum
  • 24 Mart 2020 19:25
  •  3 108

AZAL daha 230 Azərbaycan vətəndaşını ölkəyə gətirdi

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən məlumat verilib

Azərbaycanın milli aviadaşıyıcısı Hökumətin tapşırığı əsasında həmyerlilərimizin vətənə qaytarılması üçün uçuşları davam etdirməkdədir.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, martın 24-də AZAL Nyu-Yorkdan və İstanbuldan reyslər yerinə yetirərək, ümumilikdə 230 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.

Ölkəyə qayıdan hər bir vətəndaşın tibbi müayinədən keçməsi və karantinə yerləşdirilməsi ilə əlaqədar həmin şəxslərin ölkəyə qayıtması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.