COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib
  • Toplum
  • 29 İyun 2020 21:31
  •  3 056

Daha 544 nəfər koronavirusa yoluxdu

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib

Azərbaycanda 544 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə AzNews.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib, 7393 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6558 koronavirus testi aparılıb.