"Bu vasitə ilə onlar cavablarını görə biləcəklər" "Bu vasitə ilə onlar cavablarını görə biləcəklər"
  • Toplum
  • 30 İyun 2020 21:23
  •  2 394

Test nəticələri daha SMS vasitəsilə göndərilməyəcək

"Bu vasitə ilə onlar cavablarını görə biləcəklər"

"Artıq bir neçə gündür ki, "E-TƏBİB" mobil tətbiqi istifadə olunur. Vətəndaşlara onların verdiyi testlərin nəticəsi bu vasitə ilə çatdırılır. Artıq vətəndaşlara SMS şəklində getmir və getməyəcək".

AzNews.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, vətəndaşlardan sadəcə, "E-TƏBİB" tətbiqinin yüklənilməsi və oradan öz labarator analiz nəticələrinin görməsi üçün FİN kodlarını daxil etməsi xahiş olunacaq:

"Bu vasitə ilə onlar cavablarını görə biləcəklər".