Pensiya vəsaitləri pensiyaçıların bank hesablarına köçürülüb Pensiya vəsaitləri pensiyaçıların bank hesablarına köçürülüb
  • Toplum
  • 10 İyul 2020 21:48
  •  2 880

Bakı üzrə iyul ayının pensiyaları ödənildi

Pensiya vəsaitləri pensiyaçıların bank hesablarına köçürülüb

İyul ayı üzrə pensiyaların ödənişinə başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzNews.az-a verilən məlumata görə, artıq Bakı şəhəri üzrə bu ayın pensiyaları ödənilib.

Pensiya vəsaitləri pensiyaçıların bank hesablarına köçürülüb.

Ayın 15-16-dək ölkəmizin digər şəhər və rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənilməsi nəzərdə tutulub.

İyul ayında da pensiya, müavinət, təqaüd və ünvanlı yardımların ödənişinin vaxtından tez həyata keçirilməsi təmin olunacaq.