Yoluxma sayında azalma heç kimi arxayın etməməlidir Yoluxma sayında azalma heç kimi arxayın etməməlidir
  • Toplum
  • 10 Avqust 2020 12:15
  •  4 650

Ekspertin təhsil müəssisələrinin açılacağına inamı artıb

Yoluxma sayında azalma heç kimi arxayın etməməlidir

“Azərbaycanda koronavirusa yoluxanların sayı 100-dən aşağı düşüb. Pandemiya dövründə görülən və atılan doğru addımların nəticəsində ürəkaçan mənzərə müşahidə olunur”.

AzNews.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov karantin qaydalarının yumşaldılaması haqda danışarkən deyib:

Onun sözlərinə görə, dövlət, cəmiyyət-vətəndaş olaraq gərgin və sərt 5 ayı geridə qoyduq, çətin günlər yaşadıq, amma yoluxma sayında azalma heç kimi arxayın etməməlidir: "Belə bir təcrübə may ayında da yaşandı. Böyük yumuşalmalar böyük yoluxmalara gətirib çıxardı. Düzdür, insanlar iş yerlərini itiriblər, gəlirləri aşağı düşüb, yay aylarında istirahət etməyiblər. Lakin bu fövqəladə hal idi".

Ekspert qeyd edib ki, son günlərin rəqəmləri təhsil müəssisələrinin açılmasına inamı artırır: “Ancaq dərslərin başlaması ilə yeni bir yoluxma dalğasının olma ehtimalı da var. Ona görə də, dərslər ənənəvi qaydada başlasa da, şagird sıxlığı, müəssisə daxili davranış qaydaları müəyyən olunmalıdır”.

Səidə Vahid

AzNews.az