Mənim doğma kəndimin ətrafındakı yüksəkliklərə də artıq qəhrəman əsgərlərimiz nəzarət edir Mənim doğma kəndimin ətrafındakı yüksəkliklərə də artıq qəhrəman əsgərlərimiz nəzarət edir
  • Toplum
  • 13 Oktyabr 2020 14:30
  •  3 892

"Hadrut və ətrafı məhz strateji əhəmiyyət daşıyır" -Millət vəkili

Mənim doğma kəndimin ətrafındakı yüksəkliklərə də artıq qəhrəman əsgərlərimiz nəzarət edir

“Qarabağda doğulub boya başa çatan şəxs kimi qeyd etmək istərdim ki, bizim bölgədə yüksəkliklərə sahib olmadan şəhər və kəndlərdə möhkəmlənmək mümkün deyil”.

AzNews.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov prezident İlham Əliyevin “Haber Global” televiziya kanalına müsahibəsində dediyi “Hər gün biz yeni mövqeləri azad edirik. O mövqelər şərt deyil ki, kənd olsun, yaxud da ki, şəhər olsun. Təpə olsun, dağ olsun – o, kənddən, şəhərdən daha önəmlidir. Şəhərlərə biz onsuz da qayıdacağıq. Bizim üçün əsas məsələ strateji yüksəklikləri almaqdır” sözlərinə münasibət bildirərkən qeyd edib.

Deputatın sözlərinə görə, bəzi hallarda bir yüksəkliyə sahib olmaq bir neçə kəndi və ya şəhəri nəzarətdə saxlamağa imkan vermir: “İnanıram ki, müzəffər ordumuz Füzuli rayonu da daxil olmaqla işğal altında olan bütün ərazilərimizdəki yüksəklikləri qısa zamanda tam azad edə biləcək. Mənim dogma kəndimin ətrafındakı yüksəkliklərə də artıq qəhrəman əsgərlərimiz nəzarət edir.

Hadrut və ətrafı məhz bu baxımdan da strateji əhəmiyyət daşıyır. Ali Baş Komandan müsahibəsində bildirib ki, indi Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir. Bu həmçinin Dağlıq Qarabağa olan əsas girişlərdən birinin bizim nəzarətimizdə olması anlamına gəlir. Deməli, Böyük Qələbəyə də yaxınlaşırıq”.

Səidə

AzNews.az