“Xəritə xidmətləri təklif edən şirkətlərlə yazışma və müzakirələrin təşkili həyata keçirilib" “Xəritə xidmətləri təklif edən şirkətlərlə yazışma və müzakirələrin təşkili həyata keçirilib"
  • Toplum
  • 9 Mart 2021 16:14
  •  7 770

Azərbaycan xəritəsinin təhrif olunmasının qarşısını almaq üçün tədbirlər planı təsdiqlənib

“Xəritə xidmətləri təklif edən şirkətlərlə yazışma və müzakirələrin təşkili həyata keçirilib"

“Müxtəlif növ xəritələrdə ölkəmizin ərazi bütövlüyünün şübhə altına qoyulması cəhdlərinin və Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizə təhrif edilmiş formada istinadların qarşısının alınması istiqamətində xüsusi tədbirlər planı təsdiq edilib”.

AzNews.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

“Xəritə xidmətləri təklif edən şirkətlərlə yazışma və müzakirələrin təşkili həyata keçirilib, fərdi vətəndaş müraciətləri əsasında ayrı-ayrı təhrif hallarının aradan qaldırılması üçün xaricdəki diplomatik missiyalarımız, diaspora təşkilatlarımız, QHT, gənclər təşkilatları və Xarici İşlər Nazirliyinin Diplomatiya Könüllüləri şəbəkəsinin əlaqələndirilmiş fəaliyyətinin təşkili üçün tədbirlər görülüb.

Əlaqələndirilmiş şəkildə aparılan fəaliyyət nəticəsində Azərbaycan Respublikasının coğrafi məlumatlarının bazası yaradılıb. Bazanın əsasında müasir standartlara cavab verən interaktiv xəritənin hazırlanması və məlumat bazasının bu sahədə geniş istifadəçi auditoriyasına malik xidmət provayderlərinə inteqrasiyası istiqamətində addımlar davam etdirilir. 2020-ci ildə Tədbirlər Planına uyğun olaraq, coğrafi adların xarici dildə düzgün yazılışına dair transliterasiya standartları hazırlanıb və təsdiq edilib”, - deyə hesabatda qeyd olunub.