• Toplum
  • 23 Aprel 12:23
  •  9 472

Deputatdan icbari tibbi sığortaya tənqid - “Nə üçün pul ödəməliyik?”

Əməkhaqqımızdan 2 faizi yanvarın 1-dən icbari sığortaya köçürürük

“Aprelin 1-dən icbari sığorta bütün ölkədə tətbiq olunur. Ancaq yüz minlərlə vətəndaş üçün bir problem yaranıb. Bu yaxınlarda mən deputat həmkarım Qüdrət Həsənquliyevlə birgə peyvənddən sonra antiteli yoxlatmaq üçün xəstəxanaya müraciət etdik. Bunun üçün adama 45 manat ödədik”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, əməkhaqqımızdan 2 faizi yanvarın 1-dən icbari sığortaya köçürürük:

"Bunu orda da dedim. Nə üçün pul ödəməliyik? Bu tətbiq olunubsa bu hamıya aid olmalıdır Söhbət bizdən getmir. Bu pulu necəsə vermək olar. Ancaq təyinat olaraq yüz minlərlə vətəndaşın harada müayinə olunması açıq olaraq alır. Əgər biz icbari sığortaya hazır deyiliksə saxlayaq müddəti növbəti ilə. Üstəgəl pasiyentin həkim seçmək hüququ təmin edilməlidir”