Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır
  • Toplum
  • 21 İyun 2021 20:32
  •  3 805

Balakəndə polis xidməti silahı ilə intihar edib - RƏSMİ

Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Aznews.az-a bildirilib ki, hadisə iyunun 21-i saat 19 radələrində baş verib. Balakən Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Tural Əliyev ərazidə xidmətdə olarkən ona təhkim edilmiş xidməti silahla özünə atəş açaraq intihar edib.

Hazırda faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti araşdırma aparılır.