• Toplum
  • 28 İyul 14:48
  •  1 615

Şəmkirdə itkin düşən şəxs axtarılır

DİN məlumat yayıb

Şəmkirdə itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzNews.az-a verilən məlumata görə, Şəmkir rayon sakini, 2006-cı il təvəllüdlü Məhəmməd Vəliyev iyulun 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
M. Vəliyevin əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində ağ köynək, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (070) 306-45-46 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.