Avtomobil sahəsinə aid təklif olunan rüsumlarla bağlı onu demək olar ki, qeydiyyat rüsumlarında müəyyən artımlar var Avtomobil sahəsinə aid təklif olunan rüsumlarla bağlı onu demək olar ki, qeydiyyat rüsumlarında müəyyən artımlar var
  • Toplum
  • 2 Noyabr 2021 20:58
  •  6 893

Avtomobillərin qiyməti cüzi bahalaşa bilər - Ekspert

Avtomobil sahəsinə aid təklif olunan rüsumlarla bağlı onu demək olar ki, qeydiyyat rüsumlarında müəyyən artımlar var

Avtomobil sahəsinə aid təklif olunan rüsumların qəbul edilməsi maşınların qiymətində cüzi artımlara səbəb olacaq.

Aznews.az xəbər verir ki, bunu açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, bunun bazara fantastik təsir edəcəyi gözlənilmir: "Dünən təklif olunan rüsumlar hələ Milli Məclisdə müzakirə olunacaq. Hansı dəyişikliklərin olacağı qərar veriləndən sonra bilinəcək. Amma sırf avtomobil sahəsinə aid təklif olunan rüsumlarla bağlı onu demək olar ki, qeydiyyat rüsumlarında müəyyən artımlar var. Əvvəlki hesablamalar fərqli idi. İndi yeni qaydalar qəbul olunsa, tamam fərqli formada hesablanacaq.

Məsələn, minik avtomobilinin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikinin həcminin hər kubsantimetrinə görə əvvəl 3 qəpik alınırdısa, indi 5 qəpik olacaq. Yeni avtomobillərə gəlincə, məsələ bir qədər qaranlıqdır. Çünki yeni avtomobillərdə ilinə görə qeydiyyatın qiyməti aşağı düşürdü. İndi hansı formada aparılacağı açıqlanmadı.

Ümumilikdə, artımın avtomobil bazarına fantasik təsiri olacağını zənn etmirəm, amma cüzi də olsa təsir edəcək. Çünki istənilən halda avtomobilin ölkəyə gətirilərkən qeydiyyat rüsumu həm də mühərrikin gücü ilə bağlı hesablanan məsələdir".