Şagirdlərin repetitor yanına getmələrinin səbəbi məktəbdəki təhsilə inamsızlıqdır? Şagirdlərin repetitor yanına getmələrinin səbəbi məktəbdəki təhsilə inamsızlıqdır?
  • Toplum
  • 3 Noyabr 2021 20:50
  •  3 238

Repetitor yanına getmək məcburiyyət yox, seçimdir - Nazirlik rəsmisi

Şagirdlərin repetitor yanına getmələrinin səbəbi məktəbdəki təhsilə inamsızlıqdır?

Şagirdlərin repetitor yanına getmələrinin məktəbdəki təhsilə inamsızlıqdan yarandığını düşünmürəm.

Aznews.az xəbər verir ki, bunu açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.

Onun sözlərinə görə, valideynlərin övladlarını repetitor yanına qoymaları məcburiyyət yox, seçimdir: "Təhsil Nazirliyi hər bir təhsil müəssisəsində dövlət tərəfindən təsdiqlənən standartlar əsasında tədrisin təşkil olunmasını təmin edir. Bu, təhsilin bütün pillələrinə aiddir. Valideyn bununla paralel olaraq həmin xidmətlərdən istifadə edirsə, buna qadağa qoymaq bizim səlahiyyətimizə aid deyil. Düşünmürəm ki, repetitor yanına getmək məktəbdəki təhsilə inamsızlıqdan yaranır. Çünki bizdə vahid kurikulum sistemi olduğuna görə hər hansı sinifdə hansısa fənnin tədris saatı ilə bağlı fərq yoxdur. Ona görə də bölgə məktəbləri ilə Bakı məktəblərinin dərs keyfiyyətində fərq yoxdur”.