• Toplum
  • 1 Dekabr 2021 19:10
  •  2 028

Daha 1 795 nəfər COVID-19-a yoluxub

28 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 795 yeni yoluxma faktı qeydə alınıb, 1 967 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aznews.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 590 113 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 556 716 nəfər müalicə olunaraq sağalıb, 7 884 nəfər vəfat edib, aktiv xəstə sayı 25 513 nəfərdir.

Ölkədə son sutka ərzində 12 565, hazırkı dövrədək isə 5 551 849 test aparılıb.