COVİD-19 pasportu olmadığına görə 64580 nəfər şənlik mərasimlərinə buraxılmayıb COVİD-19 pasportu olmadığına görə 64580 nəfər şənlik mərasimlərinə buraxılmayıb
  • Toplum
  • 24 Yanvar 2022 18:13
  •  4 647

Toylarda qaydaların pozulmasına görə 44 cinayət işi açılıb

COVİD-19 pasportu olmadığına görə 64580 nəfər şənlik mərasimlərinə buraxılmayıb

2021-ci il iyulun 1-dən toy, nişan, ad günləri və digər şənlik mərasimlərinin keçirilməsinin monitorinqi diqqət mərkəzində saxlanılır.

Aznews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, bu günə qədər respublika ərazisində 51853 şadlıq sarayı və digər obyektlərdə, fərdi evlərdə və həyətlərdə 2505 monitorinq aparılıb.

Monitorinqlərin 39779 sayda polis tərəfindən, 12074 sayda digər dövlət qurumları ilə birgə keçirilib. Aşkarlanan pozuntuların sayı 3369 təşkil edib, 44 cinayət işi başlanılıb.

COVİD-19 pasportu olmadığına görə 64580 nəfər şənlik mərasimlərinə buraxılmayıb.