- Toplum
- 30 Aprel 2022 15:07
- 4 959
Bu gün növbəti buraxılış imtahanı keçirilib
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 107 imtahan binası və 107 bina nümayəndəsi ayrılıb
30 aprel 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Nəsimi, Nərimanov rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bərdə, Cəlilabad (II hissə), Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qazax, Lerik, Sabirabad, Xaçmaz (II hissə) rayonlarında, Şəki şəhərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
Aznews.az xəbər verir ki , imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 107 imtahan binası, 1919 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 107 ümumi imtahan rəhbəri, 317 imtahan rəhbəri, 2345 nəzarətçi-müəllim, 231 buraxılışı rejimi əməkdaşı (mühafizə), 107 bina nümayəndəsi ayrılıb.