- Toplum
- 15 Dekabr 2022 18:34
- 9 540
Maqnezium çatışmazlığına DİQQƏT
Maqnezium çatışmazlığı iştahsızlıq, menstruasiya nizamsızlığı və sümük ağrılarına səbəb ola bilər. Bu barədə Türkiyənin daxili xəstəliklər mütəxəssisi, uzman həkim Dündar Güngör bildirib.
Davamlı əzələ sancılarının və sümük ağrılarının ən əhəmiyyətli səbəbi maqnezium çatışmazlığıdır. Odur ki, ehtiyatlı olun!
Maqnezium çatışmazlığı nədən yaranır və ən çox kimlərdə rast gəlinir?
Maqneziumun orqanizmdə mühüm rol oynayan bir mineral olduğunu ifadə edən həkim Güngör “Maqnezium bədənimizdə bir çox orqanların funksiyalarında rol oynayan mühüm mineraldır, hüceyrədə daha çox cəmləşir. Davamlı əzələ və sümük ağrılarının ən çox rast gəlinən səbəbi bu mineralın çatışmazlığıdır. Biz adətən damardaxili maqneziumu ölçürük. Bu eritrositlər adlanan qan hüceyrələrində və digər hüceyrələrdə daha çox olur. Başqa sözlə, bədəndəki maqneziumun 99%-i hüceyrədaxili, 1%-i isə hüceyrədənkənardır", deyə söyləyib. Daha sonra həkim deyib:
- Maqnezium bədənimizdə ferment faktoru kimi çıxış edir. Yəni maqnezium olmadıqda orqanizmdə bir çox reaksiyaların əmələ gəlməsinin qarşısı alınır. Bədəndəki mühitdə bu mineral fermentlərin işini asanlaşdırır. Və beləliklə də, bir çox orqanların rahat işləməsini təmin edir.
Maqnezium çatışmazlığı olan bəzi xəstələrdə iştahsızlıq, aybaşı tsiklinin pozulması, sümük ağrıları, əzələ gücünün azalması kimi əlamətlər özünü göstərir.
Çox kalsium qəbul edən, alkoqol asılılığı olan, hamiləliyə nəzarət dərmanları qəbul edən insanlarda maqnezium çatışmazlığı müşahidə edilir. Araşdırmalar göstərib ki, maqnezium çatışmazlığı olan insanlarda da osteoporoz olur.
Maqnezium hüceyrənin enerji istehsalında mühüm rolu olan bir mineraldır. Hüceyrədaxili maqnezium azaldıqda, bu hüceyrələr öz funksiyalarını yerinə yetirmə prosesində maqnezium çatışmazlığı hiss edir, həm əzələdən, həm də sümükdən maqneziumu çəkirlər. Bu zaman maqnezium çatışmazlığı simptomları özünü göstərməyə başlayır. Maqnezium çatışmazlığı olan xəstələrə maqnezium əlavələri dediyimiz dərmanlar tövsiyə edilir. Xəstələrin çoxunda simptomlar qısa müddətdə yox olur.
Nuray
Aznews.az