• Toplum
  • 16 Yanvar 2024 09:29
  •  3 628

Masallıda qaz xətti qırılıb, 2 min abonentin qaz təchizatı dayanıb

Yeyənkənd, Böyük Xocavar, Tatyanoba, Güllütəpə, Meşəkənarı kəndlərini təbii qazla təmin edən diametri 273 mm orta təzyiqli qaz xətti güclü şaxtanın təsirindən qırılıb.

Nəticədə 2 min abonentin qaz təchizatı saat 04:20-dən dayandırılıb.

“Sakinlərin qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş edilir”-deyə, məlumatda vurğulanıb.