• Toplum
  • 4 İyun 12:22
  •  2 347

Azərbaycanda vətəndaşlar istilik xidmətini özəl sektordan da ala biləcəklər

Azərbaycanda mərkəzi istilik sisteminə qoşulmaq mənzil mülkiyyətçilərinin öz iradəsindən asılı olacaq.

Bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında - "İstilik təchizatı haqqında" qanun layihəsi ilə bağlı ictimai dinləmədə bildirib.

"Çoxmənzilli yaşayış binalarının sakinləri istilik xidmətindən istifadə etmək üçün həm "Azəristiliktəchizat" ASC-yə müraciət edə, həm özəl şirkət tuta, həm də özləri şirkət yarada bilərlər. Belə olduqda artıq tarif müəyyən etməyin də mənası qalmır. Vətəndaşlar hər ayın sonunda istilik xərclərini öz aralarında bölüşdürə bilərlər. Təbii ki, sayğac quraşdırılana qədər. Bu mənada bizim bildiyimiz ənənəvi sistem dəyişir. Bu sahə daha liberal olur. Əsas məsələ odur ki, təchizatçının seçilməsi mənzil mülkiyyətçilərindən asılı olacaq, birini bəyənməsələr, digərini seçə bilərlər. Bu istiqamətdə onlara heç kim təsir edə bilməz", - o qeyd edib.