Nazir: Kənd məktəblərinə yaxşı müəllim göndərmək çətindir

Kənd məktəblərinə yaxşı müəllim göndərmək çətindir.

Aznews.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqıamasında bildirib.

Onun sözlərinə görə, bəzi kənd məktəblərində musiqi, təsviri incəsənət fənləri üzrə müəllim çatışmazlığı var:

"Əslində müəllimlərimiz var, sadəcə kənd məktəblərində dərs saatları o qədər az olur ki, orada çalışmaq müəllimlərə iqtisadi cəhətdən fayda vermir. Ona görə də həmin məktəblərə yaxşı müəllim göndərmək bir qədər çətindir".

Nazir bu baxımdan saat hesabı maaş sistemindən uzaqlaşmağın zəruri olduğunu hesab edir:

"Bizim təklifimizə kiminsə əks təklifi varsa, dinləməyə hazırıq. Bu problemi qısa zamanda həll etmək qeyri-mümkündür. Buna illər lazımdır. Əsas məsələ odur ki, problemin həlli təklifi irəli sürülüb. Zamanla bu problem də həllini tapacaq".