Bakıda WUF13-də Azərbaycan milli pavilyonu təqdim olunacaq

Bakıda 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) Azərbaycan milli pavilyonu təqdim olunacaq.

Aznews.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramında (Un-Habitat) xarici əlaqələr, strategiyalar, biliklər və innovasiyalar üzrə direktor Edlam Yemeru Bakıda diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.

"WUF13 çərçivəsində "Urban Expo" təşkil olunacaq. Burada tərəfdaşlar, üzv dövlətlər və təşkilatlar müxtəlif sahələrdə öz həllərini və nailiyyətlərini təqdim edə biləcəklər", - o qeyd edib.