- Toplum
- 10:04
- 772
Universitetlərdə istiliyin verilməsi ilə bağlı vəziyyət necədir?
Bakıda və respublikanın müxtəlif bölgələrində rəsmi şəkildə istilik mövsümünün başlanmasına start verilib. Noyabr ayından artıq yaşayış binaları, sosial obyektlər, məktəblər, xəstəxanalar və digər ictimai təyinatlı müəssisələr mərkəzləşdirilmiş istilik sistemi vasitəsilə istiliklə təmin olunmağa başlayıb. Müvafiq qurumlar
İstilərin tədricən aşağı düşməsi fonunda mövsümün başlaması həm paytaxtda, həm də regionlarda yaşayış şəraitinin yaxşılaşdırılmasına, xüsusilə də həssas qruplar üçün daha komfortlu mühit yaradılmasına xidmət edir.
Bəs, universitetlərdə istiliyin verilməsi ilə bağlı vəziyyət necədir? İstilik nə vaxtdan verilir, universitetin qışa hazırlığı, təchizat məsələləri nə yerdədir?
Mövzu ilə bağlı Qarabağ Universitetindən bildirilib ki, universitetdə istilik mövsümünə hazırlıq vaxtında tamamlanıb:
“Bütün tədris korpuslarında və inzibati binalarda istilik sistemi tam şəkildə işə salınıb. İstilik təchizatı ölkə üzrə rəsmi qaydada mövsümün başlanması ilə paralel olaraq verilir. Qış mövsümü üçün tələb olunan bütün texniki və təhlükəsizlik tədbirləri həyata keçirilib, sistem mütəmadi olaraq nəzarətdə saxlanılır”.
Azərbaycan Dillər Universitetinin mətbuat xidmətindən əlavə edilib ki, istiliyin verilməsinə başlandığı deyilib:
“Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli “İstilik enerjisindən istifadə qaydalarının təsdiq edilməsi haqqında” Qərarına əsasən, hər il istilik mövsümü noyabrın 15-də başlayır və növbəti ilin aprelin 15-də başa çatır.
Azərbaycan Dillər Universitetinin hər üç tədris binasında bu qərar, mövcud normativ təlimatlar əsas tutularaq, noyabrın 15-dən etibarən istilik təminatı mərkəzləşdirilmiş qaydada həyata keçirilir”.
UNEC-in mətbuat xidmətindən isə qeyd edilib ki, noyabrın 15-dən etibarən bütün tədris binalarına istilik verilib./Trend
AzNews.az