Ötən ay özəl xəstəxanalarda aşkar edilmiş nöqsanlar açıqlanıb

2026-cı ilin yanvar ayında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 21 özəl tibb müəssisəində yoxlama aparılıb.

Aznews.az xəbər verir ki, Bu barədə AEM-dən məlumat verilib.

Bildirilib ki, bunlarda planlı 11, plandankənar 10 yoxlama aparılıb. Nəticədə 18 nöqsan faktı aşkar edilib.

Ən çox rast gəlinən nöqsanlara həkimlərin sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı (25 hal), lisenziya şərtləri üzrə müəyyən nöqsanlar (6 hal), tibb müəssisinin sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyətinə işçilərin buraxılması faktı (6 hal), sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı (4 hal), lisenziyadan kənar iş və fəaliyyət (2hal) daxildir.

Həmçinin yanvar ayı ərzində 6 stomatoloji klinikada yoxlama aparılıb.

Ən çox rast gəlindi nöqsanlar sırasına həkimlərdə sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı (6 hal), lisenziya şərtləri sualı üzrə müəyyən nöqsanlar (3 hal), lisenziyadan kənar iş və fəaliyyət (1 hal), tibb müəssisinin sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyətinə işçilərin buraxılması faktı (1 hal), sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı daxildir (1 hal).