- Toplum
- 11:13
- 949
Ali Məhkəmənin sədri: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir.
Aznews.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov "LEGIS" Beynəlxalq Hüquq Forumunda deyib.
O bildirib ki, süni intellekt düzgün və məsuliyyətli istifadə edildikdə, məhkəmə təcrübəsinin təhlilində, hüquqi sənədlərlə işdə və risklərin qiymətləndirilməsində effektiv köməkçi alətə çevrilir:
"Hazırda məhkəmələrdə bu istiqamətdə zəruri addımlar atılır və süni intellektin tətbiqi məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edəcək. Süni intellektin hüquqda tətbiqi artıq reallıqdır".
Aznews.az