Azərbaycanın Qazaxıstandakı səfiri azərbaycanlı tələbələrlə görüşüb

Azərbaycanın Astanadakı səfiri Ağalar Atamoğlanov Qazaxıstanın ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

Aznews.az xəbər verir ki, görüş açıq dialoq formatında keçib.

Görüş zamanı tələbələrin təhsili və adaptasiyası məsələləri, onların akademik və peşəkar inkişaf imkanları, həmçinin gənclərin ictimai və mədəni layihələrdə iştirak perspektivləri müzakirə olunub.

Səfir gənclərin fəal vətəndaş mövqeyinin vacibliyini vurğulayıb və tələbələri Azərbaycanı xaricdə layiqincə təmsil etməyə çağırıb.

Görüşdə Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsində təhsilin roluna, eləcə də iki ölkə arasında humanitar və gənclər arasında əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirilib.

AzNews.az

image description image description