Bu haqda informasiyanı enerji naziri Xalid Abdulaziz el-Falih yayıb Bu haqda informasiyanı enerji naziri Xalid Abdulaziz el-Falih yayıb

Qaşıqçıdan sonra ilk xarici səfərə gedir

Bu haqda informasiyanı enerji naziri Xalid Abdulaziz el-Falih yayıb

Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd ibn Salmanın noyabrın 30-dan dekabrın 1-dək Argentinada keçiriləcək G-20 sammitinə qatılacağı açıqlanıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu, onun səudiyyəli jurnalist Camal Qaşıqçı cinayətindən sonra edəcəyi ilk xarici səfər sayılır.

Bu haqda informasiyanı səfərdə şahzadəni müşayiət edəcək enerji naziri Xalid Abdulaziz el-Falih yayıb.

O, Argentinadan başqa hansı ölkələrə səfər edəcəklərini deməyib.

Qeyd edək ki, jurnalist Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülüb. Şahzadə o vaxtdan bəri heç bir xarici ölkəyə getməmişdi.

Babək Göyüş

AzNews.az