Pakistanda törədilən iki partlayışda 37 nəfər ölüb, 85 nəfər yaralanıb. Pakistanda törədilən iki partlayışda 37 nəfər ölüb, 85 nəfər yaralanıb.

Pakistanda növbəti terror - 37 nəfər öldü

Pakistanda törədilən iki partlayışda 37 nəfər ölüb, 85 nəfər yaralanıb.

Terror aktlarından biri ölkənin Peşavar şəhərindəki bazarda törədilib.

Nəticədə 12 nəfər ölüb, 50 nəfər yaralanıb.

Digər partlayış isə Pakistanın şimal-qərbində yerləşən Xanqu şəhərində baş verib. Nəticədə 25 nəfər ölüb, 35-dən çox insan yaralanıb.

Terror aktlarının məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.(report.az)

© AzNews.az