İndoneziyanın Halmahera adası yaxınlığında 6,6 bal gücündə zəlzələ baş verib. İndoneziyanın Halmahera adası yaxınlığında 6,6 bal gücündə zəlzələ baş verib.

İndoneziya sahillərində güclü zəlzələ

İndoneziyanın Halmahera adası yaxınlığında 6,6 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Geoloji Xidmət əvvəlcə zəlzələnin 7 bal gücündə olduğunu bildirib.

Yeraltı təkanların episentri Şimali Maluku əyalətinin Tobelo şəhərindən 151 kilometr qərbdə, ocağı 60,6 kilometr dərinlikdə yerləşib. Bunun ardınca həmin ərazidə dörd saat ərzində 4,7-dən 5,2 baladək gücündə daha yeddi təkan qeydə alınıb.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.(AZƏRTAC)

© AzNews.az